Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və 1-ci Xanım Mehriban Əliyeva avqustun 12-də İsmayıllı rayonunda "Basqal resort SPA" otelinin açılışında iştirak ediblər. Həmçinin Cənab Prezident İsmayıllı rayonunda aparılan abadlıq, quruculuq işləri ilə də yaxından tanış olmuşdur. Cənab Prezident öz çıxışında nəinki İsmayıllı, Ağsu rayonlarında ölkənin digər bölgələrindədə geniş abadlıq, quruculuq işlərinin aparıldığını mətbuat işçilərinin nəzərinə çatdırmışdır. Cənab Prezident enerji ehtiyyatlarından danışarkən qeyd etmişdir ki, artıq ölkəmizin ən ucqar dağ kəndi belə tam şəkildə qaz və elektrik enerjisi ilə təmin olmunmuşdur. Buda onun göstəricisidir ki, ölkəmiz dinamik sürətli inkişaf yolunda inamla davam etməkdədir. Yaxın gələcəkdə Azərbaycan nəinki regionu o cümlədən dünyanın aparıcı söz sahibi ölkələri sırasında qabaqcıl yerlərdə olacaqdır. Ölkə prezidenti bölgələrdə insanların rifahı üçün yaradılan yeni sağlamlıq ocaqlarından danışaraq yüzlərlə xəstəxana olimpiya kompleksləri və bir çox iaşə obyektlərinin inşa edildiyini və bütün bunların əhalinin yaşayış səviyyəsinin daha da yüksəldilməsinə hesablanmış dövlət proqramı əsasında mərhələli şəkildə həyata keçirildiyini bildirmişdir. Cənab Prezident həmçinin basqal qəsəbəsinin inkişafını onun tarixi irsinin qorunması ilə bağlı verdiyi sərəncamı xatırladaraq görülən işlər haqqında məlumat vermişdir. Ölkə başçısı İsmayıllı və Ağsu rayonlarını səfərini başa vuraraq geri dönərkən yol üstü "Diri baba" türbəsinidə ziyarət etmişdir. Burada aparılan yenidən qurma işləri ilə tanış olan Cənab Prezident yaşı beş yüz ildən çox olan bu türbənin qafqazın nadir tarixi abidlərindən olduğunu bildirmişdir. Mətbuat işçiləri ilə söhbət zamanı Cənab Prezident bölgəlrədə aparılan yenidən qurma işləri zamanı insanların işləmələri üçün yeni iş yerlərinin açılması öz növbəsundə vətəndaşların işlə təmin olunması bizim qarşımızda duran vacib prioritet məsələlərdən biridir. Həmçinin Cənab Prezident dünyada ərzaq təhlükəsi ilə bağlı jurnalistlərin suallarını cavablandıraraq ölkəmizdə bu sahədə vəziyyətin stabil dövlət nəzarətində olduğunu bildirmişdir. Bununla yanaşı, Cənab Prezident bir sıra məhsulların o cümlədən taxılın başqa ölkələrdən itxal edildiyini bildirərək, lakin gələcək illərdə işğaldan azad olumuş ərazilərimizdə kənd təsərüffatının bütün sahələrinin inkişaf etdirilməsi haqqında dövlət proqramının hazır olduğunu qeyd etmişdir. İlham Əliyev Cənabları fikirlərini sonlandıraraq ölkəmizin yaxın illərdə dünyanın lider dövlətlərindən biri olacağını tam əminliklə qeyd etmişdir. Xalqımız ölkəmizdə gedən inkişafı, əmin-amanlığı sevinclə qarşılayır. Respublikamızın hər bölgəsi abadlaşır və inkişaf edir. Biz inanırıq ki, bu siyasət bizi daha gözəl günlərə, daha uğurlu inkişafa aparacaq. Anar Əbdülov,Xocalı rayon gənci